Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Tağıyev” sənədli filminin təqdimat mərasimində iştirak edib.

26-01-2025, 00:08           
Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Tağıyev” sənədli filminin təqdimat mərasimində iştirak edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı İHH İnsani Yardım Vəqfinin, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) və “Damla” İB-nin birgə təşkilatçılığı ilə çəkilən Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Tağıyev” sənədli filminin təqdimat mərasimində iştirak edib.
Nizami Kino Mərkəzində keçirilən təqdimatda Türkiyə və Azərbaycanın ictimaiyyət və mədəniyyət nümayəndələri, filmin yaradıcı heyəti iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, bu sənədli film tək Tağıyevin həyat və fəaliyyətindən bəhs etmir, eyni zamanda, cəmiyyətə xeyriyyəçilik ruhunu aşılayır.
Qeyd edək ki, “Tağıyev” filmi “Rumman” şirkətinin istehsalıdır. Filmin rejissoru M. Abdülqafur Şahindir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru