Süzülmüş su sağlamlıq üçün təhlükəlidirmi?

Dünən, 11:58           
Süzülmüş su sağlamlıq üçün təhlükəlidirmi?
Bir çox insan kran suyunun tərkibini təmizləmək üçün müxtəlif filtrlərdən istifadə edir. Lakin bəzi alimlər və həkimlər bu suyun sağlamlıq üçün zərərli ola biləcəyini iddia edirlər.
Hibiny.ru xəbər verir ki, əlavə filtrasiyadan keçən kran suyu "ölü su" olaraq adlandırılır.Filtrasiyanın dərinləşdirilməsi nəticəsində zərərli maddələr yox olsa da, faydalı mikroelementlər və mikroorqanizmlər də aradan qalxır. Nəticədə, belə suyun müntəzəm içilməsi orqanizmdə kalsium, natrium və maqnezium çatışmazlığına səbəb ola bilər.Kanadalı professor Zoltan P. Rona tərəfindən aparılan araşdırmalar göstərib ki, suyu süzməyən insanlarda mineral çatışmamazlıqları daha az olur. Eyni zamanda, amerikalı həkim Cozef Merkola su filtrlərinin istifadəsinə qarşıdır və ionizers.org saytına verdiyi müsahibədə, süzülmüş suyun orqanizmdə turşuluğu artırdığını bildirib.Həkim Merkola, təcrübələrində distillə edilmiş su içən insanların mineral çatışmazlığından əziyyət çəkdiklərini və yalnız qələvi suyun sağlamlıq üçün faydalı olduğunu qeyd edib. O, süzülmüş su içən insanlara mineralların səviyyəsini izləmək üçün qan testləri etməyi və çatışmazlıqları vaxtında aradan qaldırmağı tövsiyə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.