“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

28-02-2025, 17:23           
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Mobil rabitə sektorunda sərfəli təklifləri ilə tanınan "Nar” telekommunikasiya mütəxəssislərini hazırlamaq istiqamətində layihələrini davam etdirir. Bu yöndə növbəti "Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki Universitetində (AzTU) keçirildi.

Universitetin tələbələri "Nar”ın texniki heyətinin hazırladığı və keçdiyi bu təlim zamanı mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti (IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi, mobil rabitədə tezliklər kimi mövzular haqqında biliklərə yiyələndilər.

"Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində paytaxtda və regionda universitetlərlə əməkdaşlıq edərək mobil rabitə sahəsinin yerli peşəkarlarını hazırlamağı və onların məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Bu təlimlər zamanı tələbələr "Nar”ın peşəkar texniki heyəti ilə ünsiyyətdə olaraq təkcə nəzəri biliklər deyil, həm də gələcək karyeralarının incəliklərini öyrənirlər.

"Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru