Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi barədə
Bu gün, 00:01
Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi prosesinə başlanılır
Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq bu ilin 3 mart tarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu “Bakı KOB evi”ndə həyata keçiriləcək.
Sənədlərin qəbulundan dərhal sonra dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə Dövlət Dəniz və Liman Agentliyində təşkil olunacaq imtahanların tarixi ilə bağlı məlumat veriləcək.
Məlumat üçün bildiririk ki, xüsusi hazırlıq şəhadətnamələri üzrə imtahan sualları və düzgün cavablar Agentliyin veb-saytında yerləşdirilib.