“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur
Bu gün, 15:59

Beynəlxalq Qadınlar Günü ərəfəsində start götürən “Her Art in Action” festivalına dəstək olan “Nar” yaradıcılığı və ifadə azadlığını ön plana çəkən bu layihənin əsas tərəfdaşlarından biridir. 9 mart – 6 aprel tarixlərini əhatə edən festivalın builki mövzusu “Xəyal etmək azadlığı” qadınların fərdi və kollektiv şəkildə xəyallarını necə təsəvvür etdiyini, vizuallaşdırdığını və ifadə etdiyini araşdırır. Azərbaycan Rəssamlar İttifaqı və VarYox platformasının təşkilatçılığı ilə baş tutan festival sənətsevərləri bir araya gətirir və yaradıcı ifadəni təşviq edir.
Festivalın təşkilinə verdiyi dəstəkdən əlavə, “Nar” sosial inklüzivlik strategiyası çərçivəsində 11 nömrəli internat məktəbinin şagirdlərinin sərgiyə qatılmasını təmin edir. Bu təşəbbüs gənc nəslin incəsənətlə tanış olmasına, yaradıcılıq potensialını inkişaf etdirməsinə və ifadə imkanlarını genişləndirməsinə şərait yaradır. Şagirdlər sərgi çərçivəsində müxtəlif sənət əsərləri ilə tanış olmaq və interaktiv seminarlarda, tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
Tədbirin açılış nitqində çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar” olaraq, milli mənəvi dəyərləri yaşadan sənətə dəstək verməkdən qürur duyuruq. “Her Art in Action” festivalı təkcə qadınların incəsənətdə rolunu gücləndirmir, həm də regionlardakı istedadlı sənətkarların səsini duyurmağa imkan yaradır. Biz həmçinin 11 nömrəli internat məktəbinin gənclərinin festivalda iştirakını dəstəkləyərək inklüziv mühiti təşviq edirik”.
Festivalın sərgisi Lesli Qrey və Ayna Moazzenin kuratorluğu ilə baş tutan və regionlarımızı təmsil edən yerli rəssamlarla yanaşı, beynəlxalq rəssam və kuratorların işlərini təqdim edəcək. Rəsm, video əsərlər, instalyasiyalar və tamaşaları əhatə edən ekspozisiya çərçivəsində seminarlar, portfolio icmalları və müzakirələr təşkil olunacaq.
Tədbir bütün sənətsevərlər üçün açıqdır. Festival haqqında daha ətraflı məlumatı qeyd edilən linkdən əldə etmək mümkündür: https://herartinaction.com
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.




