Vaxtından əvvəl yayılan xəbər Putini əsəbiləşdirdi

18-10-2015, 11:01           
Vaxtından əvvəl yayılan xəbər Putini əsəbiləşdirdi
Rusiyanın harada hərbi baza yaradacağına Müdafiə Nazirliyi deyil, Baş komandan Vladimir Putin qərar verir.

Axar.az xəbər verir ki, bu sözlər Kremlin mətbuat xidməti tərəfindən yayımlanıb. Rusiya Baş Əməliyyat Dairəsinin başçısı Andrey Kartapolov Suriyada yeni və nəhəng Rusiya hərbi bazasının yaradılacağını bildirmişdi. Bu açıqlamadan əsəbiləşən Kreml isə hərbi bazanın yaradılacağı barədə qərarı MN-nin deyil, Putinin qərarı olduğunu bəyan etmişdi.

Moskvadakı hərbi müşahidəçilər isə Kremlin Suriyada hərbi baza yaratmaq planının olduğunu, ancaq general Kartapolovun tələsik davranaraq bu məlumatı vaxtından əvvəl mətbuatla bölüşdüyünü qeyd ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.