"Sepah"ın daha bir komandiri Suriyada öldürüldü

19-10-2015, 17:18           
"Sepah"ın daha bir komandiri Suriyada öldürüldü
Uzun müddət İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) İsfahan şəhərində yerləşən İmam Hüseyn adına 14 saylı diviziyasının "Ya Zəhra" batalyonunun komandiri işləmiş polkovnik Müslim Xizab Suriyada öldürülüb. Bu barədə Trend İranın İQNA saytına istinadən məlumat verir.

Məlumata əsasən, M.Xizab Suriyada məsləhətçi missiyası həyata keçirərkən öldürülüb.

Polkovnik bu gün səhər İsfahanda dəfn olunub.

Qeyd edək ki, son həftələr ərzində Sepah-ın Suriyada bir neçə komandiri öldürülüb. Onlardan ən yüksək rütbəlisi general Hüseyn Hamadanidir ki, oktyabrın 8-də Hələb yaxınlığına İŞİD terror qruplaşması tərəfindən öldürlüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.