Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.
Bu barədə ASTV telekanalı məlumat verib.
Məlumata görə, nəticədə iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Hazırda həkimlər yaralılarla işləyirlər, onlardan birinin vəziyyəti ağırdır və reanimasiyadadır.
Hadisə yerində fövqəladə xidmətlər işləyir, meşəçilər heyvanı izləyirlər. Əvvəllər artıq bu ərazidə balaca ayı görünüb.