Orban yenədə Rusiyanın mövqeyindən antiUkrayna çıxışı etdi...

24-06-2025, 11:14           
Orban yenədə Rusiyanın mövqeyindən antiUkrayna çıxışı etdi...
Qarşıdakı NATO və Avropa İttifaqı sammitlərində Macarıstan Ukraynanın bu qurumlara yaxınlaşmasına mane olmağa çalışacaq.

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban özünün rəsmi “Facebook” hesabında paylaşım edib.

“Biz sülh və təhlükəsizlik istəyirik, ona görə də NATO və Aİ-nin Ukrayna ilə institusional əlaqələrinin inkişafının qarşısını almağa çalışacağıq. Çünki bu, bizə müharibə və maliyyə xaosu gətirəcək. NATO-nun kollektiv müdafiə prinsiplərinə əsasən, Ukraynanın alyansa üzvlüyü birbaşa və açıq müharibə təhlükəsi yaradacaq. Aİ-yə üzvlük isə dolayı və daimi təhlükə formalaşdıracaq”, – deyə Orban bildirib.

O qeyd edib ki, qarşıdan gələn həftə çətin keçəcək: 24-25 iyunda Haaqada NATO sammiti, 26-27 iyunda isə Brüsseldə Aİ sammiti keçiriləcək.

“Yaxın Şərqdə son hadisələr göstərdi ki, artıq bir neçə il əvvəlkindən fərqli bir dünyada yaşayırıq. Beynəlxalq diplomatiya da daha sərtləşib. İndi yalnız öz maraqlarını qorumağa hazır olan dövlətlər uğur qazana bilir”, – deyə Macarıstan Baş naziri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru