Ermənistan ordusunda ciddi itki - 54 hərbçi ölüb

22-10-2015, 14:59           
Ermənistan ordusunda ciddi itki - 54 hərbçi ölüb
Ermənistan ordusunun ölkədə və Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrində hərbçilərin ölüm halları artmaqda davam edir.

AzVision.az xəbər verir ki, BDU-nun Erməni araşdırmaları ETL-in Böyük Elmi işçisi İsmayıl Tanrıverdi deyib ki, cari ilin 9 ayı ərzində Ermənistan Respublikasının hərbi qüvvələrində baş vermiş 39 hadisə nəticəsində 54 nəfər hərbi qulluqçu həlak olub. Keçən 2014 –cü ildə isə eyni müddət ərzində baş vermiş hadisələr zamanı 37 ölüm halı baş vermişdi. Bu barədə məlumatlar Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən bildirilib.

Məlumatda deyilir ki, 54 ölüm hadisəsinin 31 - i Azərbaycanla sərhəd bölgəsində baş vermiş, 3 hadisə qəsdən adam öldürmə, 5 hadisə özünüöldürmə və ya özünüöldürmə həddinə çatdırma, 1 hadisə hərbi qulluq qaydalarına düzgün əməl olunmaması ilə əlaqədar olub, 12 ölüm faktı müxtəlif bədbəxt hadisələr ( avtomobil qəzası və sair) zamanı olub, 2 hadisə isə sağlığında problem olan əsgərlərin ölümü ilə əlaqədar olub.

2015 –ci il Ermənistan ordusunda 31 nəfər hərbçinin 24-ü Dağlıq Qarabağda təmas xəttində, 7 nəfəri isə Ermənistan ərazisində həlak olublar.

Ötən ildə isə, 20 hərbi qulluqçunun 17- nəfəri Dağlıq Qarabağ ərazisində, 3 nəfər isə Ermənistan ərazisində həlak olublar.

Rəqəmlərdən də göründüyü kimi, hərbçilər arasında ölüm sayının artımı nəzərə çarpacaq qədərdir. Qeyd edək ki, 2015-ci ilin doqquz ayı ərzində cəbhə bölgəsində ölənlərin sayı (31) bütövlükdə 2014-cü ildə ölənlərin sayından (26) da çox olub.

Əgər faizlə desək, son iki il ərzində Ermənistan ordusunun cəbhə bölgəsində ölənlərin sayı 2013-cü ildə 10 %, 2014-cü ildə 44,4 %, 2015-ci ildə isə 59,9 % artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.