ABŞ İrana hücum zamanı aldadıcı manevrdən istifadə edib
Bu gün, 12:28
ABŞ İranın nüvə obyektlərinə hücum etməzdən əvvəl qırıcılar vasitəsilə aldadıcı manevr həyata keçirib.
TNYT xəbər verir ki, ABŞ hərbi komandanlığı hücum planının uğurla alınması üçün eyni vaxtda Missuridən "B-2" bombardmançılarından ibarət iki qrupu havaya qaldırıb.
Qeyd olunur ki, təyyarələrdən bir qrupunun radiolokasiya qurğusu işlək vəziyyətdə Yaxın Şərqdən əks istiqamətə göndərildiyi halda, bunker bombaları daşıyan digər təyyarənin radiolokasiyası söndürülmüş halda İran üzərinə hərəkət edib.
Ekspertlər bildiriblər ki, bununla da Vaşinqton planlaşdırdığı hücumun vaxtı və istiqamətini gizlədərək qarşı tərəfi çaşdırıb.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə zərbələr endirib.