BÖYÜK KRAL II FRİDRİX VƏ KƏND MÜƏLLİMİ

Bu gün, 11:04           
BÖYÜK KRAL II FRİDRİX VƏ KƏND MÜƏLLİMİ
Friedrich der Grose - Böyük Fridrix adlı Prussia kralı II Fridrix (1712–1786) böyük alman sərkərdəsi və dövlət xadimi olub. Ağıllı idarəçiliyi və islahatlarıyla Prussianı möhkəmləndirib və inkişaf etdirib, qonşu alman knyazlıqları və b. apardığı müharibələrlə ərazisini böyüdüb.
Ölkəsinin hərbi -siyasi və iqtisadi, sosial və mədəni inkişafına çalışan, bu sahələrə ciddi nəzarət edən Friedrich der Grose bir dəfə kənd məktəbinə gəlir və sinfə girir. O vaxt mövcud qayda üzrə müəllimlər dərsi başında papaq deyirdi. Dərs deyən müəllim müəllim papağını belə çıxartmadan kralıgörüb tanıyır, amma ağızucu salam verib heç nə olmamış, böyük kral gəlməmiş kimi dərsinə davam edir.
Friedrich bu hsaymağlığa təəccüblənir, amma qəzəblənən əshabələrinə “Susun!” işarəsi verib hadisəni sonacan izləmək qərarına gəlir. Yalnız dərs qurtarandan və uşaqları buraxdıqdan sonra müəllim dərhal papağını çıxarıb kralın qarşısında başını az qala yerə qədər əyərək deyir:
- Əlahəzrət, mərhəmətinizə sığınıram! Hərəkətimi nəzakətsizlik və hörmətsizlik saymayın! Kobudluğumu bağışlayın! Səbəbi vardı. Əgər uşaqlar məndən böyük və üstün kimsə olduğunu bilsəydilər, onlarla bacarmaq mümkün olmazdı.
Kral II Fridrix bu sözlərdən və izahatdan razı qalır. Müəllimi mükafatlandırmağı barədə bir şey məlum deyil.
Diqqət yetirin, böyük və güclü kral müəllimin bu «ədəbsizlik» və «nəzakətsizliyinə» görə onu dərhal tutdurub cəzalandırmır, səbr edib dərsin sonunu gözləyir. Müəllim isə kraldan qorxmur, dərs prosesini vətərbiyəni düşünür. Bu olay XVIII əsrdə, təxminən 250–300 il əvvəl baş verib.
Fridrix — maarifçi mütləqiyyətin parlaq nümayəndəsidir. Prussia və bütün çağdaş alman dövlətçiliyinin banisi sayılır. O, Avstriya imperatorluğu istisna, Prussianı ən qüdrətli alman dövlətinə və regional gücə çevirə bildi. Onun işini davamçıları isə XIX əsrin ikinci yarısında əvvəlcə Prussianın başçığı altında alman knyazlıqlarını birləşdirib Almania elədilər, sonra isə Almaniyanı dünya səviyyəli böyük bir dövlətə və gücə çevirdilər. Məncə, burada təhsilə, müəllimə, savada, elmə verilən dəyər və qiymət də böyük rol oynayıb...
İndikli Azərbaycan məktəbini, müəllimləri, təhsil sistemini düşünürəm. Ah, yazıq Azərbaycan müəllimləri, yazıq Azərbaycan!
Şəkildə: Kral II Fridrix kəndlilərin kartof əkməsinə nəzarət edir. Məsələ burasındadır ki, kartof XVI əsrin ortasına kimi Avropada yox idi, nəinki yeyilmirdi, heç məlum deyildi. Yalnı əsrin sonunda Güney Amerikadan gətirildi və əvvəlcə Parisdə zəhərli bir gül kimi becərilirdi. Onun yeməli olduğunu, dad və qida keyfiyyətlərini əvvəlcə fransızlar kəşf etdi və əkməyə başladı. Bütün yenilikləri izləyən və yaxşılarını ölkəsinə gətirməyə çalışan II Fridrix kəndlilərinə kartof əkmək əmri verdi. Kartofbecərilməsi Avropada aclığın qarşını almağa kömək etdi...
Чингиз Султансой
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.