Özünü yox edəcək qədər qeybə çəkilən ayətullahı vurmağa nə ehtiyac var?

Bu gün, 11:14           
Özünü yox edəcək qədər qeybə çəkilən ayətullahı vurmağa nə ehtiyac var?
İran hökuməti bəyan edib ki, Ali lider Xameneiyə qarşı hər hansı hərəkət danışıqların və razılaşmanın qapısını bağlayacaq.
ABŞ rəsmiləri isə İrana verilən 2 həftəlik möhlətə əməl etməmələrini Xamenei həzrətlərini tapa bilməmələri ilə izah edirlər. Deyirlər ki, biz ali dini rəhbərə sonuncu xəbərdarlığımızı etmək istəyirdik. İstəyimizi Avropada danışıqlara gələn İranın Xarici İşlər naziri cənab Əraqçıya çatdırdıq. O isə bildirdi ki, Xameneyi gizlənib. Telefonlarını da bağlayıb, ona görə zati-alilərə erişim imkanlarımız yoxdur. Biz də məcbur qaldıq İranı bombaladıq.
Özünü yox edəcək qədər qeybə çəkilən ayətullahı vurmağa nə ehtiyac var? İranlılar əmin olsunlar, nə qədər ki sığınacaqdan çölə çıxmayıb, Xameneinin qılına da toxunmayacaqlar.
Heydər Oğuz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.