Prezident fövqəladə bəyanatla çıxış etdi - Gürcüstanda gərginlik

22-10-2015, 15:19           
Prezident fövqəladə bəyanatla çıxış etdi - Gürcüstanda gərginlik
"Konstitusiyanı müdafiə etmək hər bir vətəndaşın, ilk növbədə Gürcüstan hakimiyyətinin borcudur. Təəssüf ki, baş nazirin bugünkü çıxışı gərginliyi azaltmaqdansa, ölkədəki onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırıb".

Gürcüstan KİV-ləri xəbər verir ki, bunu ölkə prezidenti Georgi Merqvelaşvili fövqəladə bəyanatında vurğulayıb.

"Vətəndaş sülhünü qorumaq üçün sərt hərəkətlərdən, emosional davranışlardan çəkinməyə, məhkəməni isə vəziyyəti çətinləşdirəcək tələsik və sərt qərar qəbul etməməyə çağırıram" - G.Merqvelaşvili bəyanatında bildirib. Qeyd edək ki, dünən Gürcüstan "Vahid Milli Birlik" Hərəkatının (Gürcüstanın keçmiş prezidenti Mixail Saakşvilinin yaratdığı təşkilat) qərargahları dağıdılıb. Müstəqil "Rustavi 2" telekanalına bağlanması ilə bağlı məhkəmə prosesi gedir. TV-nin bağlanmasına etiraz olaraq aksiyalar keçirilir.

Məhkəmə qarşısına toplaşan sakinlər, o cümlədən də müxalif partiyalar, telekanalın bağlanmasının və əmlakına həbs qoyulmasının siyasi motivli olduğunu iddia edir ("Report").












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.