Ermənilər parçalanıb

23-10-2015, 13:02           
Ermənilər parçalanıb
“Ortada heç nə yoxdur, amma artıq xalq iki qütbə ayrılıb. Rus və Qərb əli açıq görünür”.

Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, bunu erməni politoloq Narek Qalstyan deyib. Qaltsyan bildirib ki, bu işdə yeddi-səkkiz siyasi və ictimai təşkilat xalqı iki yerə parçalayaraq qrant aldıqları xarici ofislərin istəklərini can-başla yerinə yetirirlər:

“Bir tərəfdə hakim Respublika Partiyası, Çiçəklənən Ermənistan Partiyası və “Daşnakstyun”, digər tərəfdə isə Erməni Milli Konqresi və Ermənistan Demokrat partiyası durur. Hər bir təşkilatın da arxasında 20-25 min insan var. Aydındır ki, birincilər Rusiyanın, ikincilər isə Qərbin sözlərini deyirlər. Bu gedişlə konstitusiya islahatları yeni həbslərə yol açacaq. Güclü tərəfin hazır konstitusiyası qalib gələcək. İstənilən halda rüşeymləri əkiləcək indiki qanun layihəsi yenə də erməni xalqının maraqlarını ifadə etməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.