"Hayabusa-2" səthinə yaxınlaşa bilməyib

18-05-2019, 00:08           
"Hayabusa-2" səthinə yaxınlaşa bilməyib
Teref.az AZƏRTAC-a istinadən bildirir ki, zond asteroidin səthinə 50 metr məsafədə yaxınlaşıb. Bu zaman onun Ryuqu asteroidinə növbəti eniş üçün səmt yerini müəyyən edəcəyi planlaşdırılırdı.

Xatırladaq ki, "Hayabusa-2" apreldə asteroidə metal obyektdən atəş açaraq, onun səthində on metr diametrində krater əmələ gətirib. JAXA süxur nümunələri götürmək üçün zondu kraterin daxilinə və ya yaxınlığına endirməyi planlaşdırır.

Mayın 16-da zond asteroidə yaxınlaşaraq kəşfiyyat aparmalı və 10 metr hündürlükdən eniş yerinə təyinedici işarə atmalı idi.

Lakin agentliyin nümayəndələri bildiriblər ki, asteroidə 50 metr məsafədə yaxınlaşan zond avtomatik şəkildə əməliyyatı dayandırıb. Bundan sonra "Hayabusa-2" öz daimi yerinə, asteroidin səthindən 20 kilometr hündürlüyə qayıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru