Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi...

5-07-2025, 00:11           
 Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi...
Rusiya hakimiyyəti tərəfindən repressiyalar bütün təzahürlərdə - həm xarici, həm də daxili siyasətdə, o cümlədən etnik azlıqlara münasibətdə aşkardır.

Bu barədə “Report”un Avropa bürosuna Brüsseldə Avropa İttifaqı (Aİ) rəsmi nümayəndəsi Anita Hipper bildirib.

"Nəticədə zorakılıq, işgəncə və qeyri-insani rəftar baş verir ki, bu da insanların ölümünə səbəb olur", - o qeyd edib.

Azərbaycanlıların vəhşicəsinə öldürülməsi və yaralanması ilə nəticələnən Yekaterinburq hadisələri və digər şəhərlərdə sonrakı reydlərlə bağlı suala cavab verən A.Hipper qeyd edib ki, Rusiya güc strukturları tərəfindən etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar barədə məlumatlarla bağlı narahatlığı daha əvvəl Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ifadə edib.

Onun sözlərinə görə, bu, Aİ-nin rəsmi mövqeyi ilə tam üst-üstə düşür.

Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru