SON DƏQİQƏ: ABŞ-ın döyüş gəmisi Rusiya gəmisinin qarşısını kəsdi

7-06-2019, 16:00           
SON DƏQİQƏ: ABŞ-ın döyüş gəmisi Rusiya gəmisinin qarşısını kəsdi
ABŞ donanmasına aid “USS Chancellorsville” döyüş gəmisi Cənubi Çin dənizində qəfildən istiqamətini dəyişərək Rusiyaya aid “Admiral Vinorgardov” gəmisinin qarşısını kəsib.

Bu barədə Rusiyanın Sakit okeanda olan alayı informasiya yayıb.

Açıqlamada toqquşmanın qarşısını almaq üçün Rusiya heyətinin manevrlər etdiyi bildirilib.

Hadisə ilə bağlı daha təcili bir açıqlama da ABŞ-dan gəlib. ABŞ donanması tərəfindən verilən məlumatda “Bir helikopterin enişi əsnasında bir rus döyüş gəmisi arxadan sürətlə gəldi və uyğun olmayan məsafəyə, yəni 15-30 metrə qədər yaxınlaşdı. Bu ani və etibarlı olmayan hərəkətə qarşılıq “USS Chancellorsville”nin motorlarını dayandıraraq manevr etdi və toqquşma ehtimalını aradan qaldırdı” sözləri yer alıb.

Amerikalı komandir Klerton Doss Rusiyanın iddiasının təxribat olduğunu bildirib. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru