Putinin mühafizəçiləri Si Szinpini səhnədən yıxılmağa qoymayıblar - VİDEO

8-06-2019, 07:48           
Putinin mühafizəçiləri Si Szinpini səhnədən yıxılmağa qoymayıblar - VİDEO
Çin sədri Si Szinpin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu -2019-un plenar sessiyasından sonra Çin nümayəndə heyətinin üzvləri ilə əl sıxan zaman az qala səhnədən yıxılacaqmış. Tədbir qurtardıqdan dərhal sonra müxtəlif ölkələrin jurnalist və nümayəndə heyətləri səhnəyə qaçıblar. Bu zaman kimsə sual vermək, kimsə isə iki ölkə lideri fonunda şəkil çəkdirməyə çalışıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Çin nümayəndə heyətinin üzvləri Si Szinpini möhkəm salamlayıblar və hər vəchlə onun diqqətini çəkmək istəyiblər.

Çin sədri onlardan birinin əlini sıxıb və bu zaman az qala səhnədən yıxılacaqmış. Onu Rusiya prezidenti Vladimir Putinin mühafizə xidmətinin əməkdaşları saxlayıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru