NASA turistləri 50 mln. dollar qarşılığında BKS-ə göndərəcək

8-06-2019, 08:07           
NASA turistləri 50 mln. dollar qarşılığında BKS-ə göndərəcək
NASA sıravi turistlərin Beynəlxalq Kosmik Stansiyada (BKS) qalmasına icazə verəcək.

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, turistlər bir ay müddətində stansiyada qalmaq şansı qazanacaq. Stansiyada bir gecənin qiyməti isə 35 min dollar olacaq.

Təxmini hesablamaya görə, uçuşun ümumi dəyəri bir turist üçün 50 mln. dollara başa gələcək. NASA BKS-ə ildə maksimum iki belə özəl reys təşkil etmək niyyətindədir. Hər bir reys isə 30 gün çəkəcək.

İlk missiyanın 2020-ci ildə həyata keçirilməsi planlaşdırılır. Turistlər BKS-ə “Boeing” və “SpaceX” şirkətlərinin hazırladığı sistemlərlə yollanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru