Rusiyada yeni “perestroyka” labüddür”-Aleksandr Şoxin

8-06-2019, 21:12           
Rusiyada yeni “perestroyka” labüddür”-Aleksandr Şoxin
Rusiya Sənayeçi və Sahibkarlar Birliyinin rəhbəri Aleksandr Şoxin Rusiyada hazırkı iqtisadi vəziyyəti SSRİ-dəki keçən əsrin 80-ci illərin ortalarındakı situasiyaya bənzədib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir i, A.Şoxin bununla bağlı öz fikrini Peterburq Beynəlxalq İqtisadi Forumunun gedişində, “Sberbank” tərəfindən dövlət adamları və sahibkarlar üçün təşkil olunan səhər yeməyi ziyafətində söyləyib.

“Bu zalda oturan yaşlı və saçları ağarmış insanların bir çoxu həmin dövrləri xatırlayır. Qorbaçov da o illərdə elmi-texniki tərəqqi və iqtisadi yüksəliş proqramı başlatmışdı. Bundan bir-iki il sonra isə “Yenidənqurma”, yəni struktur islahatları proqramına start verildi. İndi Rusiyada eyni prosesi müşahidə etmək olar”,-deyə Şoxin qeyd eidb.

Şoxinin sözlərinə görə, Rusiya prezidenti Vladirmi Putin hökumət qarşısında Rusiyanı iqtisadi böyümə və milli layihələrin icrası üzrə dünyada ilk 5-liyə düşən ölkələrin sırasına qoymağı tapşırıb. Lakin bunun üçün real dəyişikliklərə ehtiyac var. Bunsuz ölkə üçün heç bir müsbət yekuna nail olunması mümkün deyil.

RSSB sədrinin firkincə, Rusiyada iri sərmayədarların milli layihələrə kapital qoymaq üçün heç bir stimul yoxdur. Üstəlik, ölkədə infrastruktur və və nizamlayıcı mühitin necə olması barədə heç bir təsəvvür yoxdur. “Müəmmalılıq elementi biznesi narahat edən əsas faktordur”, - deyə Şoxin vurğulayıb.

Rusiyanın keçmiş maliyyə naziri milli layihələrə dəstək verilməsindəki əsas əngəllərdən biri olaraq dövlət idarəçiliyindəki qüsurları göstərib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının bizneslə münasibətlərində radikal dəyişiklikliklərə ciddi etiyac yaranıb.

“Rusiyada biznesin əsas problemi vergi deyil. Veriglər məcəlləsində güzəştdən başqa heç nə tapa bilməzsiniz. Onların əsas dərdi qorxudur”,-deyə Aleksandr Şoxin hakimiyyət strukturlarına xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.