Kiyevdən Moldovaya ÇAĞIRIŞ: Rusiya ssenarisi...

10-06-2019, 08:14           
Kiyevdən Moldovaya ÇAĞIRIŞ: Rusiya ssenarisi...
Ukrayna Moldovanın siyasi güclərini ölkənin federasiya halına salınması üzrə Rusiya ssenarisinin reallaşdırılmasının qarşısını almağa çağırıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın xarici siyaət idarəsindən bildiriblər.

Qeyd edək ki, Moldova daxil siyasi böhran yaşayır. Ölkənin Konstitusiya Məhkəməsi ötən gün keçirilən iclasında parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə prezidenti səlahiyyətlərinin müvəqqəti icrasının baş nazir Pavel Filipə həvalə olunması barədə qərar çıxarıb.

Pavel Filip də öz növbəsində parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb. İmzalanma mərasimi jurnalistlərin iştirakı ilə baş tutub.

Eyni zamanda, Moldova parlamenti Pavel Filipin prezident vəzifələrinin müvəqqəti icraçısı təyin olunması ilə bağlı çıxardığı qərarı yekdilliklə əsassız sayıb və müvəqqəti Pavel hökmətini tanımayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru