Almaniyada məscidlərə qarşı hücumlar davam edir. AzEuroNews.com xəbər verir ki, ötən gün ölkənin Bremen şəhərindəki “Rahman” və Kassel şəhərindəki “Mərkəz” camelərinə daşla hücum ediblər.
Hessen əyalətinin Kassel şəhərindəki Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) aid “Mərkəz” camesinə hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən hücum olub.
Kassel “Mərkəz” came dərnəyi başqanı Seyfettin Eryörük bildirib ki, məsciddə kiməsnin olmadığı bir vaxtda naməlum şəxs və ya şəxslər pəncərələri daşla sındıraraq qaçıb.
Bremen şəhərindəki “Rahman” məscidinə basqın edən kimliyi hələlik məlum olmayan şəxslər isə, camedə olan 50 Qurani-Kərimi cırıblar.
Hər iki faktla bağlı federal polis idarələrinin əməkdaşları tərəfindən araşdırma aparılır.