Şimali Koreya “F-35” qırıcılarını məhv edəcək silah hazırlayır

12-07-2019, 07:46           
Şimali Koreya “F-35” qırıcılarını məhv edəcək silah hazırlayır
Şimali Koreya beşinci nəsil “F-35A” qırıcı-bombardmançı təyyarələri ilə mübarizə aparmaq üçün xüsusi silah hazırlayır.

Bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi yanında Amerikaşünaslıq İnstitutunun Tədqiqat şöbəsinin məlumatında deyilir.

Cənubi Koreyanın ABŞ-dan “F-35” qırıcılarını alması Şimali Koreyanı narahat etməyə başlayıb.

Şimali Koreya tərəfinin bəyanatında deyilir ki, sözügedən qırıcıların məhv edilməsi regionda ətraf ölkələr üzərində hərbi üstünlüyü təmin etməyə yönəlib.

Söhbətin məhz hansı silahın hazırlanmasından getdiyi məlum deyil. Lakin hesab edilir ki, Şimali Koreya taktiki raketlər hazırlayır.

Xatırladaq ki, ilk “F-35A” qırıcısı martın sonunda Cənubi Koreyaya verilib. 2021-ci ilədək daha 40 belə qırıcının təhvil verilməsi planlaşdırılıb. /Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru