İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO

12-07-2019, 22:25           
İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO
Bəsrə və Oman körfəzində hərbi varlığını artırmaq istəyən İngiltərə bölgəyə ikinci döyüş gəmisini yollayır.

Britaniya mediası xəbər verir ki, Kral Donanması “HMS Duncan” adlı “Type 45 Destroyer” tipli döyüş gəmisini körfəzə yola salıb.

“Sky News”un xəbərinə görə, döyüş gəmisi “HMS Montrose” və ABŞ müttəfiqləri ilə birgə hərəkət edəcək.

“HMS Duncan”ın bölgəyə göndərilməsinin İngiltərə və İran arasındakı gərginliyin daha da dərinləşməsinə yol açacağı ehtimal olunur../publika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru