Rusiya Kiyevi işğal etməyə hazırlaşır: Ukraynalı general xəbərdarlıq edir

13-07-2019, 06:46           
Rusiya Kiyevi işğal etməyə hazırlaşır: Ukraynalı general xəbərdarlıq edir
Rusiya Belarus tərəfdən Ukraynaya hücum edəcək. Ukrayna Hava Qüvvələrinin keçmiş qərargah rəhbərinin müavini, general İqor Romanenko belə düşünür. Onun fikrincə, Rusiya Kiyevi işğal etməyə hazırlaşır.
Keçən il rəsmi Moskva Minsklə hərbi təlimlər haqda razılığa gəlmişdi. Buna görə Belarus ərazisinə xeyli hərbi texnika, hava hücumundan müdafiə vasitələri gətirilmişdi. General deyir ki, məqsəd Ukraynaya hücum etməkdir: “Rusiya heç Belarusun fikrini də soruşmayacaq”.

Romanenko hələ bir müddət əvvəl Rusiyanın bu il Ukrayna ilə irimiqyaslı müharibəyə hazırlaşdığını demişdi. General Kremlin yeni prezidentin dövründə hücum edəcəyini bildirmişdi. Yəni Rusiyanın Ukraynada hakimiyyətin dəyişib-dəyişməyəcəyini gözlədiyini söyləmişdi. \\Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru