Almaniya məhkəməsindən çox danışılacaq QƏRAR

13-07-2019, 07:13           
Almaniya məhkəməsindən çox danışılacaq QƏRAR
Berlin Məhkəməsi Suriyada üç uşağı ilə İŞİD kampında qalan Almaniya vətəndaşının ölkəyə gətirilməsi ilə bağlı qərar verib. AzEuroNews.com xəbər verir ki, Almaniya vətəndaşı olan qadın İŞİD üzvü ilə evlənib və hazırda Suriyanın El Hol şəhərindəki kampda qalır.

Qadın keçən il Almaniya Xarici İşlər Nazirliyinə yazılı müraciət edərək ölkəsinə dönmək istədiyini bu istiqamətdə ona kömək edilməsini xahiş edib.

Lakin Almaniya XİN-i qadının müraciətinə müsbət cavab verməyib. Bundan sonra Almaniyadakı vəkili vasitəsi ilə XİN-ni məhkəməyə verən qadın nəhayət prosesi udub.

İndi Almaniya XİN-i 2, 7 və 8 yaşlı uşaqları ilə birlikdə qadının Almaniyaya gətirilməsini təmin etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru