Sığınacaq ala bilməyən qaçqından DƏHŞƏTLİ HƏRƏKƏT – VİDEO

14-07-2019, 09:44           
Sığınacaq ala bilməyən qaçqından DƏHŞƏTLİ HƏRƏKƏT – VİDEO
Almaniyada sığınacaq istəyi rədd edilən 19 yaşlı bir əcnəbi şəhərdə qarşısına çıxan avtomobillərin şüşələrini sındırıb. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Auqsburq şəhərində qeydə alınıb.

Belə ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinə (BAMF) sığınacaq tələbi ilə müraciət edən əcnəbi bir müddət sonra federal idarədən istəyinin qəbul edilmədiyi barədə məktub alıb. Bundan qəzəblənən əcnəbi ətrafadakı avtomobillərin üzərinə çıxaraq onların şüşələrini sındırıb.

Ətrafda yaşayanlar polisə məlumat veriblər. Saxlanılan şəxsin avtomobillərə ümumilikdə 50 min avrodan çox ziyan vurduğu müəyyən edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru