Əfqanıstanın cənubunda yerləşəm Helmand şəhərində ordu sıralarındakı 65 hərbçi Talibanın tərəfinə keçib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Helmand valisi Mirzə Xan Rəhimi mətbuat konfransında deyib.
Talibanın tərəfinə keçənlərdən 5-i zabitdir. Vali Talibana qatılmağı rədd edən 8 əsgərin təşkilatın silahlıları ilə qarşıdurmada həyatını itirdiyini bildirib. Talibanın tərəfinə keçən hərbçilərlə əlaqədar istintaq başlayıb.
Rəhimi şəhər daxilində 15 gündür davam edən qarşıdurmalarda 88 təhlükəsizlik əməkdaşı, 4 mülki şəxs və 200 talibançının həyatını itirdiyini deyib. O, qeyd edib ki, hökumət şəhərə əlavə olaraq 2 min əsgər və 250 polis cəlb edəcək.
Qeyd edək ki, 2014-cü ilin sonunda Əfqanıstanda NATO-nun döyüş missiyasının başa çatması ilə Taliban ölkənin müxtəlif bölgələrində hücumlarını artırıb. Təşkilat Əfqanıstanın bəzi rayonlarını ələ keçirməyə nail olub.