Obama ilə Putin Antalyada görüşdülər - VİDEO

15-11-2015, 21:26           
Obama ilə Putin Antalyada görüşdülər - VİDEO
"Böyük İyirmiyin" zirvə toplantısının iclası ərəfəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında qısa dialoq tutub.

Sammitin ilk iclasından əvvəl, işgüzar səhər yeməyinə başlamışış Türkiyənin Antalya şəhərinə toplanan dünya liderləri rəsmi şəkil çəkdirmə mərasimində iştirak ediblər.

Bu zaman öz yerinə keçən Vladimir Putin ABŞ-lı həmkarı Barak Obamanın əlini sıxıb. Onlar arasında həmçinin qısa dialoq baş tutub.

Rəsmi şəkil çəkmə mərasimindən sonra liderlər iş güzar səhər yeməyinə yollanıblar.

Antalyada keçirilən sammitdə 13 min nəfərə yaxın nümayəndə iştirak edir. Onlardan 2469-u KİV təmsilçisidir.

Dünya liderləri sammitdə beynəlxalq təhlükəsizlik, qlobal iqtisadiyyatın inkişafı, beynəlxalq terrorizmlə mübarizə, miqrant probleminin həlli və digər məsələləri müzakirə edəcəklər.

Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları arasında bir sıra ikitərəfli görüşlər keçirilir.
[media=https://www.youtube.com/watch?v=AvgksjfbB9g]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.