Suriyada Hələb şəhərindən qadın paltarında qaçmağa çalışan İŞİD terror qruplaşmasının onlarla üzvü saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə İranın “Fars” xəbər agentliyi xəbər yayıb. Bundan başqa, qruplaşma üzvləri üz üçün kosmetikadan da istifadə ediblər. Sübut üçün 2 kişinin qadın paltarında şəkilləri də yayılıb.
Agentliyin məlumatına əsasən, ötən həftə Suriya ordusu Hələb şəhərinin təxminən 410 km-ni İŞİD tərəfdarlarının işğalından xilas edib.