Prezidentlər Türkiyədə ucuz otellərdə gecələyiblər

16-11-2015, 13:12           
Prezidentlər Türkiyədə ucuz otellərdə gecələyiblər
Türkiyənin Antalya şəhərində keçirilən “G 20” sammitində iştirak edən dünya liderlərinin bəziləri gecələmək üçün Bələkdəki lüks villaların yerinə adi otel nömrələri seçiblər.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Sinjo Abe gecəsi 10 min avro olan prezident nömrəsindən imtina edərək, qiyməti 1200 avro olan oteldə nömrəsində qalıb.

İspaniyanın baş naziri Mariano Rajoy isə bir gecəsi 600 avro olan standart otaqda yerləşib.

İndoneziya prezidenti Coko Widodonun “IC Santai”dakı otağının bir günlük qiyməti 250 avrodur.

Səudiyyə Ərəbistan kralı “Mardan Palace” otelində yerləşib. O oteldə gecəsinə 18 min 500 avro pul ödəməli olacaq.

Türkiyə Xarici İşlər Nazirliyi otel sahibləri ilə keçirdiyi görüşdə qonaqlar üçün qiymətlərin 300 avrodan aşağı olmasını tövsiyə edib.

Beləliklə hər gecə üçün bir otağın qiyməti 120 ilə 375 avro arasında dəyişib.

Ölkə liderlərinin gecələməsi üçün nəzərdə tutulan özəl villaların qiyməti bir gecə üçün isə 2 min ilə 20 min nəzərdə tutulub.

Dünya liderləri Antalyada bu otellərdə gecələyiblər:

Rusiya və Braziliya: “Maxx Royal”
Avstraliya: “Titanic Deluxe”
Çin: “Sueno Otel”
İtaliya və Hindistan: “Spice Hotel”
ABŞ və Türkiyə: “Regnum”
Cənubi Koreya: “Cornelia Diamond”
Kanada: “Ela Quality”
Almaniya: “Kempinski The Dome”
Meksika, Fransa və İspaniya: “Bellis Deluxe”
İndoneziya: “IC Hotel”
Malayziya və Argentina: “Susesi Luxury”
Cənubi Afrika: “Sirene Belek”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.