Parisdəki terror aktları Suriya ərazisində planlaşdırılıb - Fransa Baş naziri 16-11-2015, 13:14 Terror təhlükəsi hələ də var, terrorçular yeni zərbələr endirə bilərlər.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransanın Baş naziri Manuel Vals deyib.Onun sözlərinə görə, bu hücum Suriya ərazisində düşünülüb və planlaşdırılıb.Qeyd edək ki, ötən cümə günü Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində təqribən 130 nəfər ölüb. Facebook-da paylaş