Bu Avropa ölkəsi bütün müsəlmanlar haqqında təqib qərarı verdi - Baş nazir açıqladı və sərt təpkilərlə üzləşdi

17-11-2015, 01:38           
Bu Avropa ölkəsi bütün müsəlmanlar haqqında təqib qərarı verdi - Baş nazir açıqladı və sərt təpkilərlə üzləşdi
Slovakiya Parisdəki hücumdan sonra ölkədə yaşayan bütün müsəlmanları nəzarətdə saxlama və təqib etmə haqqında qərar verdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, bu haqda Slovakiyanın baş naziri Robert Fico ölkəsinin TA 3 telekanalına açıqlamasında deyib.

"Slovakiya Respublikasının ərazisində yaşayan bütün müsəlmanları təqib altında saxlayırıq . Onların əksəriyyəti burada qanuni olaraq yaşayır."

Slovakiya İslam Vəqfi isə Ficonun bu açıqlamasını sərt şəkildə tənqid edən bəyanat yayıb. Bəyanatda baş nazirin insanların dini inanclarını "təhdid" kimi görməsi qınanıb.

"Robert Fico açıq Slovakyanın demokratik və azad bir ölkə olduğu haqda əfsanəsini darmadağın etdi." deyə bəyanatda bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.