İran Prezidenti Həsən Ruhani ilə mühafizəkarlar arasında problem hər gün daha da artır. Nüvə müqaviləsi ilə bağlı Ruhaninin Qərblə razılaşmasının əleyhinə olan qruplar ABŞ əleyhinə etiraz aksiyaları keçirirlər. Ruhani hesab edir ki, nüvə müqaviləsi ilə bağlı razılaşma İran iqtisadiyyatına müsbət təsir edəcək, üstəlik ABŞ-la münasibətlər yoluna düşəcək. Ekspertlər belə hesab edirlər ki, Ruhani ilə müxalif qruplar arasında şiddət daha 2 il davam edəcək. Etirazların hər gün daha da şiddətli xarakter almasının səbəblərindən biri İranın Ali Dini lideri Ayətullah Xameneyinin müxalif qruplara dayaq durması göstərilir. Xameneyi də belə hesab edir ki, ABŞ-ın məqsədi İranın iqtisadi və siyasi sektoruna nəzarəti ələ almaqdı