Parisdə özünü partladan şəxs Serbiyada "tapıldı"

17-11-2015, 13:00           

198 qaçqınla birlikdə Türkiyədən gəlib

Ölkə.Az xəbər verir ki, Serbiya polisi üzərində Suriya pasportu olan kişini saxlayıb.

Sənəddəki bütün məlumatlar Parisdə "Stad de Frans" stadionunun yaxınlığında özünü partladan terrorçunun pasportundakı verilənlərlə üst-üstə düşüb. Fərqlənən isə yalnız fotolar olub. Serbiya polisləri hesab edib ki, Əhməd Əl-Məhəmmədin adına olan hər iki sənəd saxtadır. Hazırda polislər həqiqəti üzə çıxarmaq üçün fransalı həmkarları ilə əməkdaşlıq edirlər.

Yunanıstan hökuməti bildirib ki, Əhməd Əl-Məhəmməd adlı şəxs digər 198 qaçqınla birlikdə Türkiyədən gəlib. Lerosda onun barmaq izləri götürülüb və qaçqın kimi qeydiyyata salınıb.

13 noyabrda Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb. İŞİD terror təşkilatı Parisdə baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. İŞİD hücumları Suriya üçün "Vendetta" adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.