“Deyirlər ki, rusları boykot etmişik” - Medvedevdən dünyaya ÇAĞIRIŞ

18-11-2015, 12:10           
“Deyirlər ki, rusları boykot etmişik” - Medvedevdən dünyaya ÇAĞIRIŞ
Rusiyanın baş naziri Dmitri Medvedev bütün dünya ölkələrini terrorizmə qarşı birləşməyə çağırıb. Modern.az saytının Rusiya KİV-nə istinadın verdiyi xəbərə görə, Medvedev bu barədə jurnalistlərə danışıb.

Hökumət başçısı deyib ki, başqa dövlətlər nəyin bahasına olursa-olsun Rusiya ilə əməkdaşlıq edib terroçuluğa qarşı mübarizə aparmalıdır.

“Rusiya bu əlaqələr olmadan da yaşaya bilər. Belə olarsa, biz əvvəlki kimi terrorizmə qarşı tək mübarizə aparacağıq və qalib gələcəyik. Yəqin ki, Qərb də bunsuz tab gətirə bilər. Amma sual olunur: Bu onlara nəyin bahasına başa gələcək?”

Baş nazirin fikrincə, bir sıra Qərb ölkələrinin terror təhlükəsinə qarşı Rusiya ilə əməkdaşlıq etməkdən boyun qaçırması zərərli mövqedir.

“Bizim təyyarə və Parisdəki terror aktı böyük insan itkisi ilə nəticələndi. Bu hadisələr dünya siyasi gündəmini dəyişdirdi. Sivil dünyaya qarşı müharibə elan olunub. Təhlükə qlobaldır. Belə bir məqamda bəzi Qərb ölkələrinin mövqeyi Rusiyaya qəribə görünür. İndi bəziləri uzağı görməyən və zərərli mövqe nümayiş etdirir. Deyirlər ki, “İslam dövləti” (İŞİD) terrorçu təşkilatdır, amma buna qarşı Rusiya ilə əməkdaşlıq etmək istəmirlər. Deyirlər ki, biz rusları boykot etmişik və onlarla dostluq etməyəcəyik, onları təcrid edəcəyik”,-deyə Medvedev tənqid edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.