Parisdə silah səsləri eşidildi

18-11-2015, 12:34           
Parisdə silah səsləri eşidildi
Fransanın paytaxtı Parisdə törədilən trrorun şübhəlilərinin axtarışı davam edir. ANS PRESS-in məlumatına görə, Fransa polisi paytaxtın şimalındakı Sen Deni məhləsində şəfəq əməliyyatı keçirib. Şübhəlilər bir binanın girişində yaxalanıblar.

Adıçəkilən ərazidən güclü silah səsləri eşidilib. Fransa televiziyası əməliyyat zamanı yaralanan polislərin olduğunu da deyib.

Səhər saat 05 radələrində başlayan əməliyyat üç kamikadzenin özünü partlatdığı "Stade de France" stadionunun yaxınlığında gerçəkləşib.

San Deni əməliyyatının Paris terrorunun beyni olduğu zənn edilən Saleh Abdelslam və doqquzuncu şübhəlini yaxlamaq üçün keçirildiyi iddia edilir.

Saleh Abdelslam


Əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
Bu arada Fransa təyyarələrində də bomba həyəcanı yaşanıb. ABŞ-dan Fransaya uçan "Air France" aid iki təyyarə bomba olması barədə xəbərdən sonra təcili eniş edib.

Ötən həftənin cümə günü - noyabrın 13-də Parisdə bir-birinin ardınca 7 terror aktı baş verib. Nəticədə 132 nəfər ölüb, yüzlərlə insan yaralanıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.