Skandal: Cənubi Afrikadan İsrailə zərbə - İsrail ordusunun 4 mühüm komandiri haqqında həbs qərarı

18-11-2015, 15:25           
Skandal: Cənubi Afrikadan İsrailə zərbə - İsrail ordusunun 4 mühüm komandiri haqqında həbs qərarı
Türkiyənin Mavi Mərmərə gəmisində baş verən hadisələrlə bağlı İsrailin dörd komandanı haqda Cənubi Afrika Respublikasında da həbs qərarı qəbul olunub.

Avropa.info xəbər verir ki, Mavi Mərmərə gəmisində olan jurnalist Gadija Davids üçün aparılan istintaqda işində mühüm irəliləyiş qeydə alınıb.

Türkiyədə qaldırılan iddia çərçivəsində mühakimə olunan, haqlarında həbs qərarı verilən və İnterpol xətti ilə qırmızı büllitenlə axtarışda olan İsrailin 4 komandanı haqqında CAR-da da həbs qərarı verilib.

Prokurorluq aşağıda adları keçən 4 şübhəli şəxsin məlumatlarını sərhəd polisinə ötürüb.

Ran Aluf Gabriel Aşkenazi – İsrail ordusunun baş qərargah rəisi
Eliezer Alfred Maro – İsrail ordusunun Hərbi Dəniz Donanmasının komandanı
Avişay Levi – Hərbi Hava Qüvvələrinin kəşfiyyat rəisi
Amos Yadlin – İsrail ordusunun baş kəşfiyyat idarəsinin rəisi

CAR-ın Daxili İşlər Nazirliyi dəniz, quru və ya hava yolu ilə ölkəyə girəcək olan həmin şəxslərin dərhal həbs olunması və prokurorluğa təhvil verilməsi haqda əmr verilib. Bu şəxslər saxlanıldıqları zaman Türkiyəyə təhvil verilə bilərlər.

Bundan başqa CAR bu qərarı İnterpola təqdim etməsi üçün Türkiyəyə də göndərib. Adları qeyd olunan bu şəxslər CAR-da müharibə cinayətlərində və Gadija Davidsə qarşı digər cinayətlərdə ittiham olunurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.