Rusiya Suriyada quru əməliyyata başlaya bilər - 3-cü Dünya Savaşına zəmin

18-11-2015, 20:36           
Rusiya Suriyada quru əməliyyata başlaya bilər - 3-cü Dünya Savaşına zəmin
Noyabrın 20-də Rusiya Dövlət Dumasının Federasiya Şurası ilə birgə iclasında Rusiya ordusunun Suriyada quru əməliyyata başlaması imkanları nəzərdən keçiriləcək.
APA-nın verdiyi məlumata görə, bunu “Ura.ru” saytına “Vahid Rusiya” partiyasının yüksək vəzifəli nümayəndəsi deyib.

Bununla belə o, müzakirələrin formatı ilə bağlı detalları açıqlamayıb.

Suriyada quru əməliyyata başlanılması ideyasını digər partiyalar da dəstəkləməyə hazırdır. Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının üzvü Vladimir Taskayev məsələnin müzakirəsinin artıq yetişdiyini bildirərək İŞİD-in qanunsuz neft alverindən məhrum edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, deputatların əksəriyyəti Suriyaya qoşun yeridilməsi ideyasını dəstəkləyəcək.

Qeyd edək ki, bu gün Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin prezident Vladimir Putinlə görüşü gözlənilir. Görüşdə həmin məsələnin müzakirə olunacağı istisna deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.