Parisi partladan gəncin müəllimi: - "Gözəl uşaq idi, amma sonra..."
18-11-2015, 20:53
Noyabrın 13-də Fransanın paytaxtı Parisdə 129 adamın öldüyü terror aktını törədənlərdən biri, 20 yaşlı Bilal Hadfinin müəllimi Sara Stasino Belçika radiosuna danışıb.
Sara Stasino deyib ki, Hadfi bir ilin içində tamamilə dəyişibmiş. Müəlliminin sözlərinə görə, Bilal Brüsselin mərkəzində yerləşən liseylərin birinin çox yaxşı şagirdlərindən olub.
“Hamıya can yandıran, ünsiyyətcil, gözəl bir şagird idi. Ancaq bir ilin içindən birdən-birə dəyişdi" - S.Stasino deyib.
Müəlliminin sözlərinə görə, Bilal Hadfi qısa vaxtda siyasətə daha çox maraq göstərməyə başlayıb: “O, "haramdır" deyib musiqiyə qulaq asmağı buraxmışdı. Sinifdə Nigeriyada terror həyata keçirən və İŞİD-ə sığınan "Boko Haram" qruplaşmasını tərifləyirdi”.
Sara Stasinonun sözlərinə görə, Bilal Hadfi yanvar ayında Parisdə çıxan satirik "Charlie Hebdo" jurnalına edilən hücumdan sonra deyirmiş ki, onun dinini təhqir etdiyi üçün jurnal bu hücumlara layiqdir.
Məktəb isə şagirdin bu hərəkətindən sonra heç bir müdaxilə etməyib.
Bilal Hadfi "Charlie Hebdo"ya edilən hücumdan sonra bir həftə məktəbə də gəlməyibmiş. Daha sonra onun Suriyaya getdiyi məlum olub.
Belçikalı müəllim deyib ki, indi o, özünü özünü günahkar sayır. Çünki şagirdi üçün heç nə edə bilməyib.
S.Stasino deyib ki, Bilala qarşı çox diqqətli olublar. Ancaq o, sürətlə radikallaşıb. Dərsə gəlməməklə başlayan hərəkətlər daha sonra Suriyaya getməklə nəticələnib.
Bilal Hadfinin "Stade de France"ın qarşısında üzərindəki patlayıcıları işə salan intiharçi olduğu deyilir.