Ukrayna qoşunları Rusiya ordusunun mümkün hücumunun qarşısının alınması üçün Krımla sərhədin yaxınlığında hərbi təlimlərə başlayıb.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş qərargahı “Facebook”dakı səhifəsində bildirib.
“Desantçılar dövlət sərhədinin mühafizəsi, həmçinin rəqibin diversiya kəşfiyyat qrupları və pilotsuz uçuş aparatları ilə mübarizə məsələlərini yerinə yetirirlər”, - xəbərdə deyilir.