İŞİD terrorçu qruplaşması özünün nəşr etdiyi jurnalda Misirdə vurulan Rusiya təyyarəsinə dair iki fotoşəkil yerləşdirib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, fotoşəkillərin biri Rusiya təyyarəsi sərnişinlərinin pasportlarını əks etdirir.
İkinci fotoda isə terror aktı zamanı istifadə edilən əldəqayırma bomba təsvir olunur. Burada partlayıcı qurğunun hissələrini, həmçinin idarəetmə pultunu görmək olar.
Terrorçuların təyyarədəki sərnişinlərin sənədlərinə hansı yolla çıxış əldə etməsi qaranlıq qalır.