Ali Radada heç bir fraksiyaya üzv olmayan deputat Vladimir Parasyuk noyabrın 19-da Ukrayna Təhlükəsizlik Xidmətinin korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə Baş İdarəsinin rəis müavini Vasili Pisnoqa təpiklə zərbə vurub. Ukrayna mediasının xəbərinə görə, insident parlamentin korrupsiya əleyhinə komitəsinin iclasında baş verib. İclas zamanı Pisnoqla Parasyuk arasında mübahisə düşüb. Xalq deputatı Təhlükəsizlik Xidmətinin nümayəndəsini Lvov milisinə və bir neçə müəssisəyə “Krışalık” etməkdə ittiham etməyə başlayıb. Pisnoq isə deyib ki, Maydan üçün çox şey edib. Parasyuk qəzəblənərək Pisnoqun üzərinə hücum çəkərək ona təpiklə başından zərbə endirib. Komitənin iclası pozulub. Carci.az [media=https://www.youtube.com/watch?time_continue=76&v=nytZjXP0DIk]