Çin Rusiyadan 24 ədəd Su-35 qırıcısı almaq üçün Moskva ilə müqavilə imzalayıb. Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında “Rostex” dövlət şirkətinin rəhbəri Sergey Çemezov söyləyib. Onun sözlərinə görə, müqavilənin dəyəri 2 milyard dollardır. Çemezov Çinin Su-35 təyyarələrini alan ilk xarici dövlət olacağını bildirib. Qeyd edək ki, Su-35 Rusiyanın ən güclü qırıcılarından biri hesab edilir. O, Su-27 qırıcılarının daha modernləşdirilmiş formasıdır. Bu qırıcı 4500 kilometr məsafəni qət etmək qabiliyyətinə malikdir.