Suriya ordusu Rusiya döyüş təyyarələrinin dəstəyi ilə Latakiyada mühüm hərbi əməliyyat keçirib.
Axar.az xəbər verir ki, əməliyyat nəticəsində ordu Nüsrə Cəbhəsi və Azad Suriya Ordusunun qoşulduğu Fəth ordusunun nəzarətindəki Daqameşle və Şəms qəsəbələrini ələ keçirib.
Bundan başqa, hökumət qüvvələri Fəth ordusunun nəzarətində olan Fırınlıq, Acısı və Avanlı bölgələrinə eyni anda hücum təşkil edib.
Qarşıdurmalarda Suriya ordusundan 8 hərbçi, Fəth odusundan isə 45 nəfər həlak olub