Ukraynanın Sums vilayətində Mixail Saakaşvili və Baş prokurorun müavini David Sakvarelidzenin adından istifadə edərək, anti-korrupsiya komitəsi kimi fəaliyyət göstərən cinayətkar qruplaşma zərərsizləşdirib.
Axar.az xəbər verir ki, əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti və Sağ Sektor qruplaşması həyata keçirib. Ələ keçirilən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilib.