Baş Qərargah rəisinə sui-qəsd - İki əsgər öldü

21-11-2015, 14:02           
Baş Qərargah rəisinə sui-qəsd - İki əsgər öldü
Bosniya və Herseqovinanın Baş Qərargah rəisinin avtomobili bombalı hücuma məruz qalıb.

AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, general Anto Yeleçinin də içərində olduğu avtomobilin qarşısında bomba partladılıb.

Ölkənin hüquq mühafizə orqanlarının hadisə yerində apardıqları əməliyyat zamanı məlum olub ki, bomba öndə gedən nəqliyyat vasitəsindən atılıb. Hadisə zamanı iki əsgərin öldüyü, Baş Qərargah rəisinin isə yüngül xəsarət aldığı bildirilir.

Hazırda hadisəni törədən şəxslərin axtarışı istiqamətində işlər davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.