ABŞ " şeytana səcdə edənlər"-indən müsəlmanlara jest

22-11-2015, 12:13           
ABŞ " şeytana səcdə edənlər"-indən müsəlmanlara jest
Satanistlər ABŞ-ın müsəlmanlara qarşı mövqeyinə etiraz ediblər.

Axar.az xəbər verir ki, Paris teraktından sonra ABŞ-da qaçqın və islam əleyhdarları artıb, 16 ştat suriyalı qaçqınları qəbul etməyəcəyini açıqlayıb.

Buna biganə qalmayan “Satanik Templ” adlı qrupun Kaliforniya qolu Feysbuk hesabından mesaj yayımlayaraq müsəlmanlara yardım əli uzadıb.

Qrup mesajda San Xose bölgəsində yaşayan, evindən çıxmaqdan qorxan müsəlmanların onlarla əlaqə saxlamasını yazıb. Satanistlər həmçinin müsəlmanlara maddi yardım göstərəcəklərini də qeyd ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.