İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) daha 2 üzvü Suriyada gedən döyüşlərdə həlak olub. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, SEPAH-ın “Fatimiyyun” briqadasının üzvləri olan İran vətəndaşı Məhəmməd Soxəndan və Əfqanıstan vətəndaşı Əlidust Həsənzadə Hələb şəhəri yaxınlığında İŞİD-çilər tərəfindən öldürülüb. SEPAH-çıların Suriyaya nə vaxt göndərildiyi bəlli deyil.